Xəbər Yerində xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi də arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında hava
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqinin 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 75-85 faiz təşkil edəcəyi bildirilir.
Bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacaq
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda isə qar yağacağı ehtimal edilir. Yağıntıların axşam saatlarından tədricən kəsiləcəyi proqnozlaşdırılır.
Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-6 dərəcə şaxta, gündüz isə 0-2 dərəcə şaxta gözlənilir.

