Selcan Mahsudova dünya çempionatında altıncı oldu

Selcan Mahsudova dünya çempionatında altıncı oldu

Xəbər Yerində İdman.Biz-ə istinadən xəbər verir ki, Azərbaycanın batut gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən dünya çempionatında altıncı yeri tutub.

İdmançımız qadınlar arasında fərdi batut yarışlarının finalında 56,580 xal toplayıb. Bu nəticə ilə Mahsudova İtaliya və Yaponiya təmsilçilərini qabaqlayaraq yarışı altıncı pillədə başa vurub.

Qızıl medala Çin təmsilçisi Ju Şueyin sahib çıxıb.

Selcan Mahsudovanın daha bir medalı var

Qeyd edək ki, Azərbaycan gimnastı ötənilki dünya çempionatında beşinci yeri tutub.

Selcan Mahsudova noyabrın 7-də qardaşı Maqsud Mahsudovla birlikdə qarışıq sinxron tullanışlarda gümüş medal qazanıb.

Azərbaycan millisi dünya çempionatında tamblinq üzrə də iki medal əldə edib. Komandamız qızıl, Tofiq Əliyev isə fərdi yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan yığması tamblinq üzrə komanda yarışlarında ardıcıl üçüncü dəfə dünya çempionu olub. Tofiq Əliyev isə fərdi yarışlarda karyerasının ilk dünya çempionatı medalına sahib çıxıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir