50 minə yaxın qeyri-qanuni miqrant İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə daxil olub.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, son sutka ərzində Mərakeşdən həm quru, həm də dəniz yolu ilə Seutaya kütləvi miqrant axını qeydə alınıb.
Baş verən hadisədən sonra İspaniya hökuməti vəziyyətə nəzarəti gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər və polis qüvvələri göndərib.
Seutaya səfər edən İspaniyanın Baş naziri Pedro Sançes miqrant axınını ölkəyə qarşı “hücum” və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. O bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün dövlət resursları səfərbər olunacaq.
Miqrasiya böhranı Avropa ölkələrinin də narahatlığına səbəb olub. İtaliya və Finlandiya İspaniya ilə Şengen sazişinin müvəqqəti dayandırılmasını təklif edib. Finlandiyanın daxili işlər naziri Mari Rantanen isə Madridi Şengen zonasının xarici sərhədini lazımi səviyyədə qoruya bilməməkdə ittiham edib.
Qeyd edək ki, xarici KİV və sosial şəbəkələrdə Seutadakı gərgin vəziyyəti əks etdirən görüntülər geniş yayılıb.









