610,4 balı var, amma tələbə adı qazana bilmədi

610,4 balı var, amma tələbə adı qazana bilmədi

Xəbər Yerində xəbər verir ki, qəbul imtahanlarında 610,4 bal toplayan H.G. heç bir ali məktəbə qəbul ola bilməyib.

Məlumata görə, IV ixtisas qrupu üzrə imtahan verən abituriyent yalnız tibb sahəsində təhsil almaq istəyib. Bu səbəbdən ixtisas seçimində yalnız tibb ixtisasını qeyd edib.

Lakin topladığı yüksək bala baxmayaraq, arzuladığı ixtisasa qəbul ola bilməyib. H.G. gələn il yenidən imtahan verəcəyini açıqlayıb.

Onun qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər abituriyentin məqsədindən geri çəkilməməsini təqdir edib, digərləri isə 610,4 balla tələbə ola bilməməsinə təəccübləniblər.

Mənbə: Bakuplus.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir