71 yaşlı kişi dializ xəstəsi həyat yoldaşı üçün öz əlləri ilə lift düzəltdi-Video

71 yaşlı kişi dializ xəstəsi həyat yoldaşı üçün öz əlləri ilə lift düzəltdi-Video

Türkiyənin Osmaniyə şəhərində 71 yaşlı Hamdi Yaşar Kandemir dializ xəstəsi olan həyat yoldaşı Dönenin yayla evinə rahat qalxması üçün öz imkanları ilə lift hazırlayıb.

“İHA”nın məlumatına görə, cütlüyün yaşadığı yayla evinə aparan 60 pilləkən Dönə üçün ciddi çətinlik yaradıb. Həyat yoldaşının hər dəfə pilləkənləri qalxmaqda çətinlik çəkdiyini görən Hamdi Yaşar ona kömək etmək üçün lift düzəltmək qərarına gəlib.

Kandemirin hazırladığı lift 800 kiloqrama qədər yük daşıya bilir. Qurğu artıq yalnız cütlüyün deyil, ağır əşyaların da evə daşınmasında istifadə olunur.

71 yaşlı kişi həyat yoldaşına olan sevgisini belə ifadə edib:

“O mənim Zümrüdüanka quşumdur. Lift azdır, lazım olsa, liftə qanad da taxaram.”

Cütlüyün hekayəsi sosial mediada da böyük maraqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir