90-cı illərin məşhur ulduzu səhnəyə qayıdır: 100 yeni mahnısı var

90-cı illərin məşhur ulduzu səhnəyə qayıdır: 100 yeni mahnısı var

Xəbər Yerində xəbər verir ki, 90-cı illərin məşhur türk pop müğənnisi Burak Kut uzun fasilədən sonra səhnəyə qayıtmağa hazırlaşır.

53 yaşlı sənətçi “Bambaşka sohbetler” verilişində qonaq olarkən musiqi karyerasından və illərdir səhnədən uzaq qalmasından danışıb.

Burak Kut bildirib ki, son illərdə müxtəlif üslublarda çoxsaylı mahnılar bəstələyib. Onun sözlərinə görə, hazırda təxminən 100 bəstəsi var və bu əsərləri yeni nəslin zövqünə uyğun şəkildə hazırlayıb. Müğənni mahnılarını 2026 və 2027-ci illərdə mərhələli şəkildə yayımlamağı planlaşdırır.

Sənətçi səhnəyə qayıtmaq qərarında 16 yaşlı qızının da mühüm rol oynadığını deyib. O, qızının atasının kim olduğunu və onun musiqi dünyasındakı fərqliliyini görməsini istədiyini vurğulayıb.

Uzun müddət səhnədən uzaq qalmasına toxunan Burak Kut illərdir onu unutmayan və dəstəkləyən pərəstişkarlarına da təşəkkür edib.

Müğənni bundan sonra mütəmadi konsertlər verəcəyini və yeni mahnılarını dinləyicilərlə bölüşəcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir