Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.
Xəbər Yerində xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Hikmət Hacıyev paylaşımında XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabağinin həyat və fəaliyyətinə diqqət çəkib.
“Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.
Qarabağdan Buxaraya – əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü”, – deyə paylaşımda qeyd olunub.


Cənab Prezidentin Özbəkistana dövlət səfərindən gözəl xatirə.


