Ağdaş rayonunun Ləki qəsəbəsində ailə münaqişəsi zamanı bıçaqlanma hadisəsi baş verib.
Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.
Hadisədən sonra polis əməkdaşları tərəfindən şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

