“Qafqaz mafiyası”nın rəhbərinə sui-qəsd

“Qafqaz mafiyası”nın rəhbərinə sui-qəsd

Xəbər Yerində xəbər verir ki, İsraildə “Qafqaz mafiyası”nın rəhbəri hesab olunan 45 yaşlı rusiyalı kriminal avtoritet Yanis Yuşvaev öldürülüb.

Hadisə Qeysəriyyə şəhərində yerləşən “Agenda” kafesinin yaxınlığında baş verib. Məlumata görə, killer özünü pensiyaçı kimi göstərərək Yuşvaevə pusqu qurub və ona atəş açıb. Daha sonra onun müşayiətçilərinə də atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Yuşvaevə 2015-ci ildə də sui-qəsd cəhdi edilib. Son dövrlərdə digər kriminal qruplarla qarşıdurma yaşayan Yuşvaevin öldürülməsi üçün 1 milyon şekel (təxminən 568 min manat) mükafat təyin edildiyi bildirilir.

2026-cı ilin fevralında o, rəqiblərinə qarşı hücum hazırlamaqda şübhəli bilinərək Ben-Qurion hava limanında saxlanılmışdı.

Yuşvaevin rəhbərlik etdiyi qruplaşmada Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etdiyi və bu səbəbdən şəbəkənin “Qafqaz mafiyası” kimi tanındığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir