İlham Əliyev və Şavkat Mirziyoyev Buxaranın tarixi məkanlarını ziyarət ediblər

İlham Əliyev və Şavkat Mirziyoyev Buxaranın tarixi məkanlarını ziyarət ediblər

Xəbər Yerində xəbər verir ki, avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddən Buxara şəhərinə səfər ediblər. Onları Buxara Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

İsmayıl Samani türbəsinə baxış

Dövlət başçıları və ailə üzvləri Buxaranın qədim abidələrindən olan İsmayıl Samani türbəsi ilə tanış olublar. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı nümunələrindən biri sayılır.

“Ark” qalası ziyarət edilib

Daha sonra “Ark” qalası ilə tanışlıq olub. Eramızdan əvvəl IV əsrdə inşa edilən qala uzun illər Buxara hökmdarlarının iqamətgahı kimi istifadə olunub. Hazırda burada Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

“Poyi-Kalon” kompleksi

Səfər çərçivəsində “Poyi-Kalon” kompleksi də ziyarət olunub. Kompleksin əsas abidələri arasında 1127-ci ildə inşa edilmiş Kalon minarəsi, XVI əsrə aid Kalon məscidi və Mir-i Ərəb mədrəsəsi yer alır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir