Formula 1 üçün Bakıya gələn turistlərə daha bir asanlıq

Formula 1 üçün Bakıya gələn turistlərə daha bir asanlıq

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana səfər edəcək xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduru asanlaşdırılıb.

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər avqustun 25-dən sentyabrın 30-dək ölkənin beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər.

Bunun üçün müraciət edən şəxsin aşağıdakı sənədlərdən hər hansı birini təqdim etməsi kifayət edəcək:

  • “Formula One Management Limited” və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına uyğun akkreditasiyanı təsdiqləyən kart və ya digər sənəd;
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyanı təsdiqləyən sənəd;
  • Bakıda keçiriləcək 2026-cı il Formula 1 yarışına alınmış bilet, elektron bilet və ya biletin əldə edildiyini təsdiqləyən sənəd.

Sərəncamla Xarici İşlər Nazirliyinə də müvafiq qurumları və beynəlxalq təşkilatları yeni viza qaydaları barədə məlumatlandırmaq tapşırılıb.

Həmçinin yarışla bağlı Azərbaycana səfər edən əcnəbilərin “ASAN Viza” sistemi üzərindən elektron viza alma imkanları barədə məlumatların nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəsmi internet resurslarında yerləşdirilməsi təmin ediləcək.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviaşirkətləri Formula 1 yarışına gələn xarici vətəndaşlar üçün tətbiq olunan sadələşdirilmiş viza proseduru barədə məlumatlandıracaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir