Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə günü keçirildi-FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə günü keçirildi-FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaddaqalan əyləncə proqramı təşkil olunub.

Avqustun 26-da keçirilən tədbirə şəhidlərin övladları, valideyn himayəsindən məhrum olan, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar qatılıblar.

Uşaqlar xüsusi avtobuslarla istirahət məkanına aparılıb. Gün ərzində onlar müxtəlif oyun və əyləncələrə qoşulub, yaradıcılıq və ustad dərslərində iştirak edib, rəqs edib və yaşıdları ilə birlikdə vaxt keçiriblər.

Dənizkənarı məkanda təşkil olunan proqram çərçivəsində uşaqlar hovuzda da əylənmək imkanı əldə ediblər. Onlar üçün nahar süfrəsi açılıb, ad günləri həmin günə təsadüf edən uşaqların doğum günləri də birlikdə qeyd olunub.

Tədbirin sonunda iştirakçılara bu günü xatırladacaq Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biridir. Fond müxtəlif vaxtlarda bu kateqoriyadan olan uşaqlar üçün sosial və əyləncə layihələri həyata keçirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir