Tramp: “Müctəba Xameneinin öldüyünə inanmıram”

Tramp: “Müctəba Xameneinin öldüyünə inanmıram”

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Müctəba Xameneinin öldüyünə inanmadığını açıqlayıb.

Tramp bu barədə radio aparıcısı Qlen Bekə müsahibəsində danışıb. O bildirib ki, Xamenei fevral ayında ABŞ və İsrailin İrana zərbələri zamanı ağır yaralanıb.

“Onun öldüyünə inanmıram. Çox ağır yaralanıb. Bədəninin sol tərəfi, qolu, ayağı – hər yeri ciddi zədələnib. Lakin öldüyünü düşünmürəm”, – Tramp deyib.

ABŞ Prezidenti əlavə edib ki, əgər Xamenei həqiqətən ölübsə, İran hakimiyyəti onunla bağlı vəziyyəti gizlətməyi bacarıb. Tramp İran rəsmilərinin hələ də qərarlar zamanı Xamenei ilə məsləhətləşdiklərini söylədiklərini qeyd edib.

Müctəba Xamenei atasının – Ayətullah Əli Xameneinin fevralda ABŞ və İsrailin zərbələri nəticəsində öldürülməsindən sonra İranın ali lideri təyin edilib. O, vəzifəyə gəldikdən sonra uzun müddətdir ictimaiyyət qarşısında görünməyib. Bu vəziyyət onun səhhəti və harada olması ilə bağlı müxtəlif iddiaların yayılmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir