İrandan Türkiyənin Van şəhərinə gələn turistlərin, xüsusilə qadınların geyim tərzi diqqət çəkib.
Xəbər Yerində xəbər verir ki, İranla Türkiyəni birləşdirən Kapıköy Sərhəd Qapısından Vana keçən iranlı turistlərin sayı son günlər əhəmiyyətli dərəcədə artıb.
İranda ictimai yerlərdə tətbiq olunan geyim qaydalarından fərqli olaraq, Türkiyəyə keçdikdən sonra bəzi iranlı qadın turistlərin daha sərbəst geyimlərə üstünlük verdiyi müşahidə olunur. Bu görüntülər Van şəhərində diqqət çəkən məqamlardan birinə çevrilib.
İranlı turist axını Vana canlanma gətirib
Hər gün avtobus və mikroavtobuslarla Vana gələn iranlı turistlər şəhərin ticarət və turizm sektoruna da ciddi təsir göstərir.
Otellər, restoranlar, alış-veriş mərkəzləri və mağazalarda hərəkətlilik artıb. Yerli sahibkarlar iranlı turistlərin sayının çoxalmasının satışlara müsbət təsir etdiyini bildirirlər.
Xüsusilə geyim, restoran, əyləncə və hədiyyəlik əşyalar sektorunda iranlı ziyarətçilərin yaratdığı canlanma diqqət çəkir.
Kapıköy Sərhəd Qapısından şəhərə daxil olan turistlərin sayının artması Vanda turizm mövsümünün daha da canlanmasına səbəb olub.

