Füzuli rayonunda atdan yıxılan 12 yaşlı uşaq bir neçə gün sonra xəstəxanada həyatını itirib.
Xəbər Yerində xəbər verir ki, hadisə avqustun 15-də Zobucuq-5 qəsəbəsi ərazisində baş verib.
Qarğabazar kənd sakini, 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov atdan yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlı avqustun 28-də müalicə aldığı xəstəxanada vəfat edib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

