Nəfəs və Pünhan Piriyevin küsülü olması ilə bağlı iddialara aydınlıq gəldi-VİDEO

Nəfəs və Pünhan Piriyevin küsülü olması ilə bağlı iddialara aydınlıq gəldi-VİDEO

Xəbər Yerində “Yeni Sabah”a istinadən xəbər verir ki, müğənni Nəfəs duet ortağı Pünhan Piriyevin toy mərasimində iştirak edib.

Sənətçinin məclisdə görünməsi sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, bəzi paylaşımlarda Nəfəs və Pünhan Piriyevin bir müddət küsülü olduğu və toyda barışdıqları iddia edilib.

Lakin yayılan bu məlumatların həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, Nəfəs və Pünhan Piriyev toy mərasimindən bir neçə gün əvvəl də başqa bir məclisdə birlikdə səhnəyə çıxaraq duet ifa ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir