İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşdü-FOTO

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşdü-FOTO

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çin və İtaliyanın aparıcı şirkətlərinin nümayəndələrini qəbul edib.

Dövlət başçısı Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, həmçinin İtaliyanın “TEHA Group” şirkətinin Beynəlxalq sammitlər üzrə koordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

Qonaqlar Bakıda keçiriləcək forumdan danışdılar

Qonaqlar onları qəbul etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıblar.

Onlar dövlət başçısının himayəsi ilə Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini bildirərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan-Çin və Azərbaycan-İtaliya əlaqələri müzakirə edildi

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın həm Çin, həm də İtaliya ilə yaxın münasibətlərə malik olduğunu qeyd edib.

Dövlət başçısı hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdığını diqqətə çatdırıb.

Söhbət əsnasında “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi də xatırlanıb. Azərbaycanda formalaşdırılan əlverişli biznes mühiti, eləcə də yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.

Süni intellektin tətbiqi imkanları

Görüşdə süni intellekt texnologiyalarının müxtəlif istiqamətlərdə praktiki tətbiqi məsələləri də müzakirə olunub.

Xüsusilə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektdən istifadə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Azərbaycanla sözügedən şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir