Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın söndürülüb
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı ümumi sahəsi 500 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində bir otağın 70 kvadratmetr sahədə yanar konstruksiyaları, ikinci mərtəbəsində isə bir otağın 20 kvadratmetr sahədə tavanı yanıb.
Bundan başqa, evə bitişik 400 kvadratmetr sahəsi olan talvarın və həyətyanı ərazidə yerləşən 100 kvadratmetrlik köməkçi tikilinin yanar konstruksiyaları da alovdan zərər görüb.
Xəsarət alan olmayıb
Yanğın zamanı xəsarət alan olmayıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

