243 min dollarını geri ala bilmir: tanınmış şirkətdən şikayət

243 min dollarını geri ala bilmir: tanınmış şirkətdən şikayət

Xəbər Yerində xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin Polimer Materialları İnstitutunun direktor müavini Fariz Əmirliyə məxsus olduğu bildirilən “Bilev İnşaat” şirkəti ilə bağlı şikayətlər səsləndirilib.

Məlumata görə, şirkətin müxtəlif şəxslər qarşısında ümumi borcunun 2 milyon manata yaxın olduğu iddia edilir. Borclular arasında iş adamlarının da olduğu bildirilir.

İş adamı Nuhbaba Şıxıyev məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, Fariz Əmirlinin ona 243 min dollar borcu var.

Şıxıyev bildirib ki, həmin vəsaiti birgə biznes fəaliyyəti üçün Fariz Əmirliyə verib. Lakin aradan müəyyən müddət keçməsinə baxmayaraq, pul geri qaytarılmayıb.

İş adamının sözlərinə görə, vəsaiti özü də başqa şəxsdən götürüb və borcunu ödəmək üçün evini satmalı olub.

O, Fariz Əmirlinin başqa şəxslərə də borcunun olduğunu iddia edib.

Faktla bağlı araşdırmanın davam etdiyi bildirilir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir