Xaricdə təhsil alanların nəzərinə: imtahanın tarixi açıqlandı

Xaricdə təhsil alanların nəzərinə: imtahanın tarixi açıqlandı

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə namizədlər sentyabrın 29-da imtahan verəcəklər

Xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan sentyabrın 29-da keçiriləcək.

Xəbər Yerində xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan 29 sentyabr 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə təşkil olunacaq.

Qaydalara əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici kvalifikasiyaların tanınması üçün namizədlərin DİM tərəfindən keçirilən imtahanda uğurlu nəticə göstərməsi tələb olunur.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyində qeydiyyatdan keçmiş şəxslər imtahandan 5 gün əvvəl DİM-in internet saytında “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə buraxılış vərəqəsini əldə edə biləcəklər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, vaxt və digər zəruri məlumatlar əks olunacaq.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavaba görə isə ümumi baldan 0,25 bal çıxılacaq.

İmtahandan keçmək üçün namizəd ən azı 15 bal toplamalıdır.

Müəllimlik üzrə ixtisas və peşə bilikləri, eləcə də məntiqi təfəkkür, mühəndislik üzrə ixtisas bilikləri, peşə səriştələri və məntiq, hüquq üzrə isə ixtisas bilikləri və məntiqi təfəkkür yoxlanılacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir