“Diqqət, uşaqlar!”: yollarda təhlükəsizlik aylığı keçiriləcək

“Diqqət, uşaqlar!”: yollarda təhlükəsizlik aylığı keçiriləcək

Yeni dərs ilinin başlaması ilə əlaqədar ölkə yollarında uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.

“Xəbər Yerində” xəbər verir ki, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, 5 sentyabr–5 oktyabr tarixlərində ölkə üzrə “Diqqət, uşaqlar!” devizi ilə təhlükəsizlik aylığı keçiriləcək.

Aylıq çərçivəsində məktəblilər və digər təhsilalanların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nəzarət və profilaktik tədbirlər gücləndiriləcək.

Həmçinin təhsil müəssisələrinin ətrafındakı yollar və uşaqların gündəlik hərəkət marşrutları yoxlanılacaq. Zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, mövcud nişanlanma xətlərinin yenilənməsi və yol təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcək.

Təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə uşaqlar arasında yol hərəkəti qaydalarına dair maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi valideynləri və bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi əməl etməyə, uşaqlara isə davranışları ilə nümunə olmağa çağırıb.

Qeyd olunub ki, əsas məqsəd küçə və yollarda uşaq travmatizminin minimuma endirilməsi və azyaşlıların təhlükəsizliyinin təmin olunmasıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir