Azərbaycandan Ermənistana növbəti yanacaq tədarükü həyata keçirilib.
“Xəbər Yerində” xəbər verir ki, 17 çən vaqondan ibarət və ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.
Bununla yanaşı, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

