Bakıdakı ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq prosesi davam etdirilir.
“Xəbər Yerində” Xəzər Xəbərə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Hazırlıq çərçivəsində məktəblərdə sanitar-gigiyenik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Bundan əlavə, təhsil müəssisələrinin tədris avadanlıqları ilə təminatı yoxlanılır, sinif otaqları və digər təlim məkanlarının hazırlıq vəziyyəti nəzərdən keçirilir. Məktəb ərazilərində abadlıq işləri aparılır və yeni dərs ilinə qədər zəruri hazırlıq tədbirləri tamamlanır.
BŞTİ-dən bildirilib ki, görülən işlərin əsas məqsədi şagirdlər üçün təhlükəsiz, sağlam və müasir təhsil mühitinin yaradılması, həmçinin tədris prosesinin yüksək səviyyədə təşkilinə şərait yaratmaqdır.

