İnsan orqanına alternativ? Donuz böyrəyi 9 ay fəaliyyət göstərdi-FOTO

İnsan orqanına alternativ? Donuz böyrəyi 9 ay fəaliyyət göstərdi-FOTO

ABŞ-da 66 yaşlı Tim Endryuz genetik modifikasiya edilmiş donuz böyrəyi ilə 9 aya yaxın yaşayan ilk insan kimi tarixə düşüb.

Endryuz hipertoniya və diabetdən əziyyət çəkib. Nadir qan qrupu səbəbindən ona uyğun donor böyrəyinin tapılması çətin olub. Buna görə 2025-ci ilin yanvarında eksperimental transplantasiyaya razılıq verib və ona genetik dəyişdirilmiş donuz böyrəyi köçürülüb.

Böyrək 271 gün ərzində fasiləsiz fəaliyyət göstərərək xəstənin qanını təmizləyib. Bu müddətdə Endryuzun iştahası və əzələ kütləsi də bərpa olunub.

Lakin daha sonra orqanda tromblar yaranıb və böyrəyin çıxarılmasına qərar verilib. 2026-cı ilin yanvarında xəstəyə uyğun insan donor böyrəyi köçürülüb.

Məlumata görə, ABŞ Qida və Dərman Administrasiyasının proqramı çərçivəsində başqa müalicə variantı olmayan daha dörd xəstəyə də donuz böyrəyi transplantasiya edilib. Onlardan üçü artıq səkkiz aydan çoxdur ki, bu orqanlarla yaşayır.

Donuz böyrəkləri transplantasiyada yeni ümid yaradır

Həkimlər hesab edirlər ki, genetik modifikasiya edilmiş heyvan orqanları gələcəkdə insan donorundan böyrək gözləyən xəstələr üçün müvəqqəti “körpü” rolunu oynaya bilər. Bu yanaşma uyğun insan orqanı tapılana qədər xəstələrin həyatını xilas etmək üçün yeni imkan yarada bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir