Rusiyaya məxsus PUA Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əsas binasına zərbə endirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, dron birbaşa SBU-nun rəhbəri Aleksandr Pokladın kabinetini hədəf alıb.
Zərbə Vladimirskaya küçəsində, Müqəddəs Sofiya Kafedralının qarşısında yerləşən binaya endirilib. Hadisə nəticəsində yanğın baş verib və əraziyə fövqəladə hallar xidmətləri cəlb olunub. Pokladın zərbə zamanı kabinetdə olmadığı bildirilir.
Son məlumatlara görə, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb. Zelenski SBU rəhbərinə Rusiyaya qarşı “adekvat və nəzərəçarpacaq” cavab hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb

