Ukraynada sənaye müəssisəsinə zərbə endirildi – ölən və yaralananlar var

Ukraynada sənaye müəssisəsinə zərbə endirildi – ölən və yaralananlar var

Ukraynanın Dnepropetrovsk vilayətində sənaye obyektlərindən birinə zərbə endirilib.

Məlumata görə, hücum nəticəsində müəssisədə dağıntı və yanğın baş verib. Hadisə yerinə xilasedicilər və digər aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

İlkin məlumatlarda ölən və yaralananların olduğu bildirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisənin nəticələri və itkilərin dəqiq sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Qeyd edək ki, Dnepropetrovsk vilayəti son dövrlərdə Rusiya qüvvələrinin dron və raket hücumlarının hədəfində olub. Vilayət üzrə rəsmi məlumatlarda sənaye və infrastruktur obyektlərinə zərbələr barədə mütəmadi məlumat yayılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir