Polşada qatar yük maşınına çırpıldı – VİDEO

Polşada qatar yük maşınına çırpıldı – VİDEO

Polşanın Qdansk şəhərində dəmir yolu keçidində ciddi qəza baş verib. Şəhərlərarası sərnişin qatarı relslərdə qalan yük maşınına çırpılıb.

Hadisə təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdən yük maşınının keçiddə maneələr bağlandıqdan sonra relslərin üzərində qaldığı görünür.

Dəmir yolu infrastrukturunun operatoru “PKP Polskie Linie Kolejowe”nin məlumatına görə, şahidlər yük maşınının sürücüsünə keçidi tərk etməsi barədə xəbərdarlıq ediblər. Sürücü əvvəlcə geri hərəkət etməyə çalışıb, daha sonra qarşısındakı maneəni keçmək istəyib. Lakin həmin vaxt qatar artıq yaxınlaşdığı üçün toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Qəza nəticəsində qatarın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüsü və qatarda olan təxminən 250 sərnişin xəsarət almayıb.

Toqquşmadan sonra Prusç Qdanski–Qdansk Pojudnı istiqamətində dəmir yolu hərəkəti dayandırılıb. Qatarların bir hissəsi alternativ marşrutlara yönləndirilib. Hərəkət bir neçə saatlıq fasilədən sonra saat 23:00-dan etibarən bərpa olunub.

Hadisənin dəqiq səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır.

PLK sürücülərə xəbərdarlıq edib ki, avtomobil dəmir yolu keçidində bağlı maneələr arasında qalarsa, təhlükəsizlik qaydalarını pozmadan maneəni aşaraq keçidi dərhal tərk etmək lazımdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir