Azərbaycan səhnəsinin unudulmaz siması Səyavuş Aslanın doğum günüdür

Azərbaycan səhnəsinin unudulmaz siması Səyavuş Aslanın doğum günüdür

Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Sənətə marağı hələ gənc yaşlarından yaranıb və aktyorluğa dram dərnəyində həvəskar kimi başlayıb.

1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında çalışan aktyor, 1958-ci ildə Quba Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Sonrakı illərdə uzun müddət Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi tanınıb. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının kollektivində fəaliyyət göstərib. O, səhnədə müxtəlif xarakterli və yaddaqalan obrazlar yaradıb.

Aktyorun “Kəndimizin mahnısı”, “Özümüz bilərik”, “Altı qızın biri Pəri”, “Ulduz” kimi tamaşalardakı rolları, eləcə də kino obrazları Azərbaycan tamaşaçısının yaddaşında xüsusi yer tutur.

Səyavuş Aslan Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti ilə seçilən sənətkarlardan biri olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir