FHN əməkdaşları qanvermə aksiyasına qoşuldular-FOTO+VİDEO

FHN əməkdaşları qanvermə aksiyasına qoşuldular-FOTO+VİDEO

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyində növbəti könüllü qanvermə aksiyası təşkil olunub.

İki gün davam edən aksiyada “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi heyəti də iştirak edib.

Təşəbbüsün əsas məqsədi talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyacının qarşılanmasına dəstək olmaqdır.

Aksiya zamanı FHN Aparatının struktur bölmələrinin və nazirliyin tabeliyindəki qurumların əməkdaşları könüllü şəkildə qan veriblər.

Könüllü qanvermə aksiyalarının bu kateqoriyadan olan xəstələrin müalicəsində mühüm əhəmiyyət daşıdığı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir