Nepalda sel və torpaq sürüşmələrinin səbəb olduğu fəlakət zamanı 170 metr dərinlikdə yerləşən tuneldə 9 gün ərzində köməksiz qalan iki işçi sağ xilas edilib.
Sanjay Sah və Kabir Maharjan xilasedicilərin apardığı əməliyyat nəticəsində tuneldən çıxarılıb. Onlar tibbi müayinə üçün xəstəxanaya yerləşdiriliblər.
İki şəxsin 9 gün sonra sağ tapılması ölkədə davam edən axtarış-xilasetmə əməliyyatları fonunda ümidləri artırıb.



