“Çolak” evində ölü tapıldı

“Çolak” evində ölü tapıldı

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində həyatını itirib.

Məlumata görə, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun yaşadığı mənzilə gedib. Qapını döysə də, cavab ala bilməyən qadın özündə olan açarla evə daxil olub.

Özlem E. aktyoru qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə aşkarlayıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın dərhal təcili tibbi yardım çağırıb.

Hadisə yerinə polis və tibbi yardım əməkdaşları cəlb olunub. Həkimlərin müayinəsindən sonra 51 yaşlı aktyorun öldüyü müəyyənləşdirilib.

İlkin məlumata əsasən, Serhat Kılıç limfa xərçəngindən müalicə alırmış. Aktyorun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir