ABŞ Prezidenti Donald Tramp neft və yanacağın qiymətinin sürətlə aşağı düşdüyünü, İranla müharibə başa çatdıqdan sonra isə daha da ucuzlaşacağını bildirib.
Tramp “Truth Social”da yazıb ki, ABŞ-da benzinin qiyməti artıq 1 qallona görə 3 dollara enib və gələcəkdə 2 dollardan da aşağı düşə bilər. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb.

