Şəmkirdə gənci qatar vuraraq öldürüb

Şəmkirdə gənci qatar vuraraq öldürüb

Şəmkir rayonunda dəmir yolu xəttində ölüm hadisəsi baş verib.

Hadisə Bakı–Böyük Kəsik–Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyev dəmir yolu xəttini keçərkən hərəkətdə olan qatarın zərbəsinə məruz qalıb.

Ağır xəsarətlər alan gənc hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir