Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.
Əhməd aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, nəticəsi ilk mərhələdə maksimum bal kimi qeydə alınmayıb. Buna səbəb onun məktəbdə tədris olunan xarici dildən fərqli dildə imtahan verməsi olub.
Məzun Azərbaycan dili və riyaziyyatdan maksimum – 100 bal toplasa da, rus dili üzrə daha aşağı nəticə göstərib. Daha sonra qaydalarda nəzərdə tutulan imkandan istifadə edərək ali məktəb müsabiqəsi üçün xarici dil kimi ingilis dilini seçib və əlavə imtahanda 100 bal qazanıb.
Beləliklə, onun ali məktəbə qəbul zamanı buraxılış imtahanı üzrə 300, blok imtahanı üzrə isə 327 balı nəzərə alınıb. Ümumi nəticəsi 627 bal olan Əhməd arzuladığı ixtisasa qəbul olmağı bacarıb.
Mənbə: Qafqazinfo

