İşə düzəltmək vədi ilə 24 min manat alan şəxs saxlanılıb

İşə düzəltmək vədi ilə 24 min manat alan şəxs saxlanılıb

Bakıda və Abşeron rayonunda bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq pul aldığı bildirilən şəxs saxlanılıb.

Hadisə ilə bağlı polisə müraciət edən paytaxt sakini əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə yerləşdirəcəyini vəd edən O.Rəhimova 24 min manat verdiyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən 34 yaşlı O.Rəhimov müəyyən edilərək tutulub. Onun daha əvvəl də analoji cinayətə görə məhkum olunduğu məlum olub.

Araşdırma zamanı şübhəlinin Bakı və Abşeron ərazisində müxtəlif vaxtlarda digər şəxslərə qarşı da eyni üsulla dələduzluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir