Apple ilk qatlanan iPhone modelini təqdim etdi

Apple ilk qatlanan iPhone modelini təqdim etdi

Xəbər Yerində xəbər verir ki, “Apple” şirkəti ilk qatlanan smartfonu olan iPhone Duo modelini təqdim edib.

Yeni model kitab formasında qatlanan dizayna malikdir. Smartfon açıldıqda 7,6 düymlük daxili ekran, qatlandıqda isə 5,4 düymlük xarici ekran istifadəçiyə təqdim olunur.

“iPhone Duo” “A20 Pro” prosessoru, titan çərçivə və menteşə, həmçinin 48 MP-lik ikili kamera sistemi ilə təchiz edilib.

Şirkətin məlumatına görə, smartfonun ilkin satış qiyməti 1 999 dollar olacaq. Ön sifarişlərin oktyabrın 16-dan, satışların isə oktyabrın 23-dən başlanması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir