Xətaidə açıq qalan quyu təhlükə yaradır – sakinlər narazıdır

Xətaidə açıq qalan quyu təhlükə yaradır – sakinlər narazıdır

Xəbər Yerində Baku TV-ə istinadən xəbər verir ki, Xətai rayonunun Musa Əsgərov küçəsində kanalizasiya ilə bağlı problem sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, kanalizasiya xəttinin çəkilməsi üçün küçədə təxminən bir metr dərinliyində quyu qazılıb. Lakin bir aydan çox vaxt keçməsinə baxmayaraq, quyu hələ də açıq vəziyyətdədir.

İşlərin görülməsi üçün əraziyə borular və digər materiallar gətirilsə də, kanalizasiya xəttinin çəkilişinin tamamlanmadığı bildirilir.

Sakinlər bir neçə gün əvvəl kanalizasiya xəttindən çirkab suların küçəyə yayıldığını da qeyd ediblər. Aidiyyəti qurumlara müraciətdən sonra müəyyən işlər görülsə də, problemin tam həll olunmadığı iddia edilir.

Açıq quyu isə xüsusilə ərazidə yaşayan uşaqlar üçün təhlükə yaradır. Sakinlər gecə saatlarında quyuya düşmə ehtimalının daha yüksək olduğunu bildirirlər.

Bundan başqa, quyuda suyun yığılması torpaq səddinin yuyulmasına səbəb olub. Sakinlər hesab edirlər ki, problem aradan qaldırılmasa, suyun təsirindən yol örtüyünün çökməsi təhlükəsi də yarana bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir