Allahşükür Paşazadə: “Türk dünyası bizim ailəmizdir”

Allahşükür Paşazadə: “Türk dünyası bizim ailəmizdir”

Xəbər Yerində xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə türk dövlətləri arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

O bildirib ki, Azərbaycandan başlayan məhsuldar əməkdaşlığın davam etdirilməsi türk dövlətləri arasında mənəvi həmrəyliyin daha da güclənməsinə xidmət edir.

Allahşükür Paşazadə türk xalqlarının ortaq köklərə və mənəvi dəyərlərə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı səfərləri və xalqlar arasında formalaşan qardaşlıq münasibətləri bu birliyin daha da möhkəmlənməsinə imkan yaradır.

QMİ sədri TDT-yə üzv ölkələrin çətin günlərdə bir-birinə göstərdiyi dəstəyə də diqqət çəkib.

O, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi hərtərəfli dəstəyi xatırladıb. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq prosesində də türk dövlətləri ölkəmizə dəstək göstərirlər.

Allahşükür Paşazadə bu həmrəyliyin türk dünyasının birliyinin və qarşılıqlı dəstəyinin mühüm göstəricisi olduğunu qeyd edib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir