Alban-Udi icmasının üzvləri Gəncəsər monastırında dini ayin icra ediblər-FOTO

Alban-Udi icmasının üzvləri Gəncəsər monastırında dini ayin icra ediblər-FOTO

Xəbər Yerində xəbər verir ki, Alban-Udi xristian dini icmasının nümayəndələrinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.

“NTV”nin məlumatına görə, icma üzvləri Xocavənd rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.

XIII əsrə aid Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm tarixi nümunələrindən biri kimi qeyd olunur. Xaçın çayının sol sahilində yerləşən kompleks orta əsrlərdə Alban Kilsəsinin əsas dini mərkəzlərindən biri olub.

Tarixi mənbələrə görə, monastırın təməli 1216-cı ildə qoyulub, tikinti işləri isə XIII əsrdə başa çatdırılıb.

Gəncəsəri ilk dəfə ziyarət edən nümayəndə heyətinin üzvləri monastır ərazisində dini ayinlər də icra ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir