Xəbər Yerində xəbər verir ki, Bakı Metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hazırda qatarların hərəkəti qrafik üzrə müəyyən edilmiş intervallara uyğun təmin edilir.
Səhər saatlarında isə metronun Qırmızı xəttində qatarların hərəkətində problem yaranmışdı. Buna səbəb “İçərişəhər” stansiyasının giriş sahəsində qatarlardan birində nasazlığın baş verməsi olub.
Nasaz qatarın xətdən çıxarılması üçün əraziyə köməkçi qatar cəlb edilib. Bu səbəbdən müəyyən müddət ərzində Qırmızı xətt üzrə hərəkətdə gecikmələr yaşanıb.
Qeyd edək ki, “Bakı Metropoliteni”nin açıqlamasına əsasən, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkətində problem olmayıb və onlar qrafikə uyğun fəaliyyət göstərib.
Mənbə: Apa

