Atatürkə bənzəyən şəxs toy mərasimlərinə bu məbləğə qatılır

Atatürkə bənzəyən şəxs toy mərasimlərinə bu məbləğə qatılır

Xəbər Yerində xəbər verir ki, Türkiyədə Mustafa Kamal Atatürkə xarici görünüşü ilə bənzəyən şəxsin müxtəlif tədbirlərə pul qarşılığında qatılması müzakirələrə səbəb olub.

Türkiyə mediasının yaydığı məlumata görə, Atatürk obrazını xatırladan geyimdə toy və digər mərasimlərdə iştirak edən şəxs bu xidmətinə görə 30 min türk lirəsi tələb edir.

Onun tədbirlərdə Atatürkə bənzər geyimdə görünməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bu addımı tənqid edərək Atatürkə olan sevgi və hörmətin kommersiya məqsədilə istifadə edilməsini doğru saymadıqlarını bildiriblər.

Məsələ ilə bağlı görüntülər də sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir