Xəbər Yerində xəbər verir ki, Qəbələnin Zarağan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə zamanı Murad Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobil yolu keçən Seyidməmməd Zəkəriyəyevi vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Apa

