“Xəbər Yerində” xəbər verir ki, Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar tətbiq olunan yol məhdudiyyətləri aradan qaldırılıb.
Saat 12:30-dan etibarən Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, digər yollarda nəqliyyatın hərəkəti tam bərpa edilib.
Məhdudiyyət tətbiq olunan bəzi küçələrdə isə nəqliyyatın hərəkəti artıq saat 00:00-dan etibarən bərpa olunub.

