Rusiyanın Bryansk vilayətində avtomobili ilə hərəkətdə olan azərbaycanlının üzərinə dron düşüb. Hadisə nəticəsində o, aldığı ağır xəsarətlərdən həyatını itirib.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində əslən Ucar rayonunun Boyat kəndindən olan Hüseyn Mussaliyev dünyasını dəyişib.
Nəşi Ucara gətirilib
Mərhumun nəşi doğulduğu Ucar rayonunun Boyat kəndinə gətirilib və burada dəfn olunub.
Yaxınlarının bildirdiyinə görə, Hüseyn Mussaliyev təxminən 30 il əvvəl Rusiyaya gedib və orada ticarətlə məşğul olub. Onun ailəsi yaxın vaxtlarda Rusiyadan Azərbaycana qayıtsa da, özü Rusiyada qalmağa davam edib.
İki azyaşlı övladı qalıb
Hüseyn Mussaliyevin iki azyaşlı övladının olduğu bildirilir. Hazırda uşaqlar Ucar rayonunun Boyat kəndində yaşayırlar.
Xezerxeber.az hadisə ilə bağlı daha ətraflı videomaterial təqdim edib.

