Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vizer Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə bu ordenə layiq görülüb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutulmaqla imzalanıb.

