Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda 96 min insan yaşayır, çalışır və təhsil alır.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb.
Onun sözlərinə görə, ayrılan vəsaitin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilib və onların böyük hissəsi artıq başa çatıb.
Prezident bildirib ki, hazırda 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər artıq məskunlaşıb.
İlham Əliyev bundan sonrakı illərdə Böyük Qayıdış prosesinin daha da sürətlə gedəcəyini vurğulayıb.

