Ulu Öndər Heydər Əliyevin Bakıda yaşıllıqların qorunması və ağacların artırılması ilə bağlı illər əvvəl səsləndirdiyi fikirlər diqqət çəkib.
Xəbər Yerində Baku Tv-ə istinadən xəbər verir ki, Heydər Əliyev çıxışlarından birində Bakıda ağac əkməyin və onu böyütməyin çətinliyindən danışaraq bunu övlad böyütməyə bənzədib.
“Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabər şeydir. Çünki Bakıda ağac əkmək çətindir. Yadınıza salın, Bakıda ağac az idi. Maksim Qorkinin sözlərini yadınıza salın, Mayakovskinin sözlərini yadınıza salın. O vaxt, 20-ci illərdə Bakıya gələndə deyib: Bakıda cəmi 2-3 ağac gördüm”, – deyə Heydər Əliyev bildirib.
Ulu Öndərin çıxışında vurğuladığı kimi, Bakı şəraitində ağacların əkilməsi və böyüdülməsi xüsusi zəhmət tələb edir. Bu baxımdan yaşıllıqların qorunması və şəhərin ekoloji mühitinin saxlanılması məsələsi xüsusi əhəmiyyət daşıyır.
Videoda təqdim olunan görüntülər isə Bakıda bəzi ərazilərdə yaşıllıqların və ağacların taleyi ilə bağlı suallar doğurur.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin çıxışlarında Bakının yaşıllaşdırılması, ağacların qorunması və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə dəfələrlə toxunulub.
Həmin görüntüləri təqdim edirik:

