“Xəbər Yerində” FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib.
Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əraziyə baxış zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kvadratmetr olan ikiotaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində mənzilə ziyan dəyib, 1 kvadratmetr sahədə ev əşyaları yanıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

