“Xəbər Yerində” xəbər verir ki, oktyabrın 4-ü saat 12:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı ərazilərdə yağıntılar arabir leysan xarakterli, intensiv və güclü olub.
Dağlıq ərazilərdə isə qar yağıb. Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar müşahidə olunub.
Qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Xınalıqda 5 sm, Şahdağda 2 sm, Qusarda isə 1 sm təşkil edib.
Bakıda aylıq normanın 93 faizi düşüb
Bakıda və Abşeron yarımadasında ən çox yağıntı Maştağada qeydə alınıb – 37 mm. Bu göstərici aylıq normanın 93 faizinə bərabərdir.
Binədə 21 mm (75 faiz), Bakıda 16 mm (57 faiz), Sumqayıtda isə 5 mm yağıntı qeydə alınıb.
Rayonlarda ən çox yağıntı Şəkidə olub
Respublika üzrə ən çox yağıntı Kişçayda (Şəki) – 55 mm qeydə alınıb. Bu, aylıq normanın 64 faizidir.
Qəbələdə 51 mm (40 faiz), Sarıbaşda (Qax) 45 mm (36 faiz), Oğuzda 45 mm (45 faiz), Göyçayda 41 mm (76 faiz), Astarada 30 mm, Kürdəmirdə 26 mm (56 faiz), İsmayıllıda 24 mm (32 faiz), Şamaxıda 23 mm (30 faiz), Xızıda 22 mm (39 faiz), Yardımlıda 20 mm, Lənkəranda 18 mm, Gədəbəydə 17 mm (30 faiz), Qobustanda 17 mm (36 faiz), Lerikdə 16 mm, Xaltada 15 mm (31 faiz), Sabirabadda 15 mm (36 faiz) yağıntı düşüb.
Göygöl və Qusarda 15 mm, Neftçalada 14 mm (31 faiz), Daşkəsəndə 14 mm, Zərdabda 13 mm (34 faiz), Mingəçevirdə 12 mm (30 faiz), Naftalan və İmişlidə 11 mm, Tərtər və Beyləqanda isə 10 mm yağıntı qeydə alınıb.
Digər rayonlarda yağıntının miqdarı 1-9 mm arasında olub.

