Türkiyə-Azərbaycan qardaşlığı hədəfdə: Yeni təxribatlar-VİDEO

Türkiyə-Azərbaycan qardaşlığı hədəfdə: Yeni təxribatlar-VİDEO

İllərdir davam edən ortaq tale duyğusunun formalaşdırdığı bu güclü bağ zaman-zaman təxribatlarla hədəfə alınır.

“Xəbər Yerində” xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar “Haber Global”ın efirində xüsusilə sosial şəbəkələrdə yayılan bəzi əsassız iddialar və iki ölkə arasındakı münasibətlərlə bağlı mühüm fikirlər səsləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin illər əvvəl ortaya qoyduğu baxış istiqamətində Türkiyə ilə Azərbaycan arasında enerji layihələrindən müdafiə sənayesinə, ticarətdən nəqliyyat dəhlizlərinə qədər bir çox sahədə güclü strateji əməkdaşlıq mövcuddur.

Bu əməkdaşlıqlar yalnız iki ölkənin deyil, eyni zamanda regionun da taleyinə təsir göstərir. Türkiyə və Azərbaycan ən kritik dövrlərdə bir-birinə dəstək verən iki ölkə kimi ön plana çıxır.

Bununla yanaşı, bəzi qüvvələr iki ölkə arasındakı münasibətləri pozmaq məqsədilə zaman-zaman müxtəlif təxribatlara əl atırlar.

İki qardaş xalq arasında inamsızlıq yaratmağa yönələn bu cəhdlərin son nümunəsi İran-ABŞ-İsrail gərginliyi fonunda ortaya atılan iddialar olub. Yalanlar, manipulyasiyalar və təxribat xarakterli fikirlər vasitəsilə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin zədələnməsinə cəhd göstərilib.

“Haber Global”ın efirinə qatılan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar iki ölkə arasındakı münasibətlərin bu cür təxribatlarla pozulmayacaq qədər güclü olduğunu vurğulayıb.

Attar keçmişdən bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı bağlardan danışıb və iki ölkə arasındakı münasibətlərlə bağlı mühüm qiymətləndirmələr səsləndirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir